Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransında iştirak etdi

13:37 - 20.04.2018


20 aprel, Fineko/abc.az. Vyetnamda (Dananq şəhərində)  16 aprel tarixindən 20 aprel tarixinə qədər Dəmir Yolları Əməkdaşlıq Təşkilatının  Baş direktorlar konfransının (BDK) XXXIII iclası keçirilmişdir.

Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilənə əsasən, iclasda şirkəti  Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

“Gündəmdə iştirak edən BDK-in iclas iştirakçıları yük və sərnişin daşımaları, infrastruktur və hərəkət heyətləri ilə bağlı DYƏT komissiyalarının işlərinin nəticələrini, habelə 2017-ci il üçün DYƏTkomitəsinin daimi işçi qruplarının işini müzakirə etdilər.  Konfransda qarşılıqlı hesablaşmaların gedişi və dəmir yolları arasında borcların ödənilməsi mexanizmi, habelə “Birbaşa Beynəlxalq  Dəmir Yolu Bağlantısı haqqında” konvensiya layihəsinin mətni qəbul edilməsi haqqında beynəlxalq konfransın gedişi barədə məlumatlar verilmişdir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, həmçinin Koreya Respublikasının DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də müzakirə edilib. Bununla yanaşı,  konfransda cari və gələn illər üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, DYƏT-in cari və 2019-cu ildəki  fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın Komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.

BDK-in növbəti XXXIV iclasının ilkin gündəliyi və keçirilmə yeri təsdiqlənib. İclas 2019-cu il 8-12 aprel tarixlərində Koreya Respublikasında keçiriləcək. Plenar iclasın sonunda müvafiq Protokol imzalanmışdır.

 

Bütün xəbərlər