Hərracda 4 faydalı qazıntı yatağı özəlləşdirilib

17:31 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı dekabrın 9-da baş tutan növbəti hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 14-ü, 24-ü və yanvarın 17-də keçiriləcək.

 

Bütün xəbərlər