Donald Tramp OPEC tərəfindən neftin qiymətlərinin qaldırılmasından narazıdır

16:42 - 20.04.2018


20 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp OPEC-in neft qiymətlərinin qaldırılmasından narazılığını bildirib.

Prezident bunu öz Tvitter səhifəsində yazıb.

“Görünür, OPEC köhnə vərdişlərinə qayıdıb. Dənizdə tam yüklü gəmilər də daxil olmaqla, hər yerdə neftin rekord həcmini nəzərə alaraq, neftin qiymətləri süni şəkildə şişirdilir və çox yüksəkdir! Bu, yaxşı deyil və qəbuledilməzdir!”, - Donald Trampın ismarıcında belə deyilir.

 

Bütün xəbərlər