Deputat AZAL-ı tənqi etdi – AZAL qiymətləri endirəcəkmi?

14:31 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin bu gün keçirilən iclasında turizmlə bağlı müzakirələr aparılıb.

ABC.AZ-ın məlumatına görə, iclasda bir sıra təkliflər irəli sürülüb.

Deputat Aqil Abbas bildirib ki, Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıb, nailiyyətlər də var:

“Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum. Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi".

Müəllif: Elmir Murad

Bütün xəbərlər