BFB-də hərrac - Fond 40 milyon manat cəlb etdi

14.12.2021,16:11


14 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondu ASC-nin AZ2055008687 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjadan ABC.AZ-a daxil olmuş məlumata görə, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.