Azərbaycanlılar 11 ayda Türkiyədə nə qədər mənzil alıb?

11:18 - 15.12.2021


15 dekabr, Fineko/abc.az.  2021-ci ilin yanvar-noyabr aylarında (11 ay ərzində) azərbaycanlılar Türkiyədə 1325 mənzil alıblar.

ABC.AZ-ın məlumatına görə, 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 1124 mənzil almışdılar.

Belə ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, aprel ayında 131 mənzil, may ayında 47 mənzil, İyun ayında 164, iyul ayında 127 mənzil, avqust ayında 138 mənzil, sentyabr ayında 162 mənzil, oktyabr ayında 120 mənzil, Noyabr ayında 185 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183,137 və 104 mənzil olmuşdu.

Müəllif: Elmir Murad

Bütün xəbərlər