Rusiyanın daha üç şəhərindən Bakıya birbaşa uçuşlar başlayır

11:35 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır.

Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Moskva-Jukovski-Bakı-Jukovski aviareysi dekabrın 18-dən cümə axşamı və şənbə günləri, İrkutsk - Bakı-İrkutsk reysi dekabrın 26-dan bazar günləri, Kaluqa-Bakı-Kaluqa marşrutu üzrə uçuşlar gələn ilin yanvarın 1-dən başlayacaq və şənbə günləri olacaq.

Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.

Bütün xəbərlər