ABŞ 8 Çin şirkətinə sanksiya tətbiq edir - Uyğur türkləri səbəbindən

12:15 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. ABŞ aralarında dron istehsalçısı "DJI" və süni zəka şirkəti "Megvi"nin də olduğu 8 Çin şirkətini "qara siyahı"sına daxil etməyə hazırlaşır.

ABC.AZ-ın məlumatına görə, buna səbəb kimi Uyğur türklərini izlənilməsi göstərilir.

Bu siyahıya "Dawning Information", "Sugon" ve "Yitu" kimi böyük şirkətlər də daxildir.

Amerikalı sərmayəçilərin bu siyahıya daxil olan şirkətlərə sərmayə qoyması, həmçinin şirkətlərin Amerika texnologiyasını əldə etmələri qadağan edilir.

 

Bütün xəbərlər