İngiltərədə bir ayda inflyasiya 5 faizdən çox artıb - Qiymətlər bahalaşıb

14:09 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. İngiltərədə inflyasiya göstəriciləri noyabrda illik 5.1% artıb.

ABC.AZ-ın məlumatına görə, bu, son 10 ilin ən yüksək inflyasiyasıdır.

Qeyd edək ki, İngiltərədə inflyasiya geyim, yanacaq və ikinci əl avtomobillərin qiymətlərinin artımı ilə bağlıdır.

Belə ki, artan xərclər ilə əlaqədar olaraq adıçəkilən ölkədə inflyasiya 10 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.

İngiltərə Statistika Ofisinin məlumatlarına görə, istehlakçı qiymətləri ötən ilin noyabr ayı ilə müqayisədə 5.1% artaraq  2011-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Qeyd edək ki, iqtisadçıların proqnozu 4.8% idi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər