Hakerlər Rusiya Mərkəzi Bankına hücum edib - 500 milyon rubl oğurlanıb

14:29 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Hakerlər Rusiya Mərkəzi Bankına hücum həyata keçiriblər.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, hücum zamanı hakerlər banklararası köçürmə sisteminə giriş əldə edə biliblər.

Rusiya Mərkəzi Bankına yaxın mənbənin sözlərinə görə, hücum zamanı hakerlər yarım milyard rubldan çox pul oğurlaya biliblər.

Hələlik haker hücumunun hardan olunduğu bilinmir.

Polislər və Rusiya Mərkəzi Bankı məsələ ilə bağlı araşdırmalara başlayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər