İstehsalı artan tikinti malları - Siyahı

16:30 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 783,4 mln. manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,7% artım deməkdir.

Hesabat dövründə betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 60,3%, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 55,8%, tikinti gipsinin istehsalı 43,8%, tikinti kərpicinin istehsalı 34,2%, hörmə üçün hazır beton qarışığının istehsalı 33,4%, asfaltın istehsalı 13,9%, tikinti əhənginin istehsalı isə 4,8% artıb.

 

Bütün xəbərlər