İlon Mask "İlin adamı" seçilib

17:27 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Amerikanın Tesla şirkətinin rəhbəri İlon Mask Britaniyanın “Financial Times” qəzetinin redaktorları tərəfindən "İlin adamı" seçilib.

ABC.AZ-ın məlumatına görə, Mask avtomobil sənayesinə yönəlmiş səylərinə görə "İlin adamı" olub.

Biznes nəşri qeyd edib ki, təxminən 10 il əvvəl elektrik avtomobilləri istehsalına başlayan sahibkar, avtomobil bazarının ən böyük oyunçularının ekoloji cəhətdən təmiz şəxsi nəqliyyat növlərinin istehsalına daha fəal sərmayə qoymağa başlamalarına kömək edib. 

 

Bütün xəbərlər