İstanbul-İrəvan-İstanbul reysləri müzakirə edilir - M.Çavuşoğlu

12:16 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reyslərinin açılması məsələsi ilə bağlı müraciətlərini nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aviaşirkətlərin müraciətlərinə Nəqliyyat Nazirliyində və Mülki Aviasiya Baş İdarəsində baxılır.

“Prinsipcə, Türkiyə tərəfinin bu məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin sözügedən marşrut üzrə uça biləcəyi müəyyən ediləcək”, - deyə Çavuşoğlu söyləyib.

 

 

Bütün xəbərlər