"MİDA" bu yaşayış kompleksinə əlavə 480 min manata yaxın pul xərcləyəcək

14:03 - 16.12.2021


16 dekabr, Fineko/abc.az Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal rayonunda inşa edilən yaşayış kompleksinin (Yasamal-2) ərazisinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının inşası üzrə əlavə işlərin həyata keçirilməsinə 480 min manata yaxın vəsait yönəldəcək.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, MİDA “Körpü Bina Tikinti” MMC ilə müvafiq müqavilə bağlayıb. Müqavilənin dəyəri 472 min 179,44 manatdır. Yeni yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir.

Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Bütün xəbərlər