Azəri-Çıraq-Günəşli yatağından Azərbaycanın əldə etdiyi mənfəət təxminən 131 milyard dollara yüksəldi

11:08 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Bu gün Bakıda ARDNŞ-nin “Downstream Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” III Beynəlxalq Forumu keçirilir.

Forum zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, son illərdə ölkə neft-qaz sənayesində ciddi irəliləyişlər əldə edib.

“Azəri-Çıraq-Günəşli” yatağından indiyədək 451 milyon ton neft və 144 milyard kubmetr qaz hasil edilib. AÇG-dən əldə olunan gəlir 130,511 milyard dollar təşkil edib”, - nazir belə deyib.

 

Bütün xəbərlər