Mərkəzi Bank faiz dərəcəsini artırdı - Qərar

16:41 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti (İH) uçot dərəcəsini 0,25 faiz bəndi artırıb.

ABC.AZ-ın məlumatına görə, bununla da uçot dərəcəsinin faiz bəndi 7%-dən 7,25%-ə çatdırılıb.

Faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir.

Bütün xəbərlər