Gəncənin qida istehsalı açıqlanıb - Hesabat

17.12.2021,11:31


17 dekabr, Fineko/abc.az. Gəncə şəhərində 2021-ci ilin yanvar-noyabr aylarında heyvandarlıq bölməsində 65,6 ton ət diri çəkidə, 475,5 ton süd, 575,5 min ədəd yumurta, 2,6 ton yun istehsal edilib.

Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 40,9 ton (9,4 faiz), ət istehsalı isə 28,3 ton (1,8 dəfə), yumurta istehsalı 367,5 min ədəd (2,8 dəfə) artlb.

2021-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində 61,2 hektar əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri) aparılıb.  Hesabat dövründə sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 847,2 ton meyvə və giləmeyvə, 463,5 ton üzüm toplanıb. Hal-hazırda əkin sahələrində payızlıqların səpini başa çatmaq üzrədir. 01 dekabr vəziyyətinə 2022-ci ilin məhsulu üçün 29,0 hektar payızlıq arpa əkilib.