Ötən illə müqayisədə dənli paxlalı bitkilərin yığımı artıb - Hesabat

11:57 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılıb.

Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər