Kərə yağına gömrük güzəşti 2 il daha artırıldı - Qərar

14:05 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində" dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, qərar, daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.

Qərara əsasən tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılıb.

Müddət 31.12.2021-ci il tarixində başa çatacaqdı. Kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarına 5 %-lik idxal gömrük rüsumları tətbiq edilməkdə davam edəcək. Əvvəllər bu məhsullara 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.

 

Bütün xəbərlər