Azərbaycanın hərbi məhsul ixracı artıb - 37 faiz

14:34 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Pandemiya ilə bağlı müəyyən çətinliklərin olmasına baxmayaraq, 2019-cu illə müqayisədə 2020-ci ildə ixrac edilmiş hərbi məhsulların həcmi kooperasiya nəzərə alınmaqla 37% artıb.

Müdafiə Sənayesi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 199,4 milyon manatlıq hərbi silah ixrac edilib.

Qeyd edək ki, Nazirlik tərəfindən əsas diqqət ixrac potensialının gücləndirilməsinə yönəldilib.

 

Bütün xəbərlər