Azərbaycan gələn ildən 66 adda silah istehsal etməyə başlayacaq

14:47 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Hazırda 66 adda müasir tipli silah və hərbi texnikaların yaradılması üzərində iş aparılır.

ABC.AZ-ın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini silahların istehsal edilmə vaxtına da aydınlıq gətirib.

O qeyd edib ki, gələn ilin birinci yarısında silah və texnikaların  seriyalı istehsalına başlanılması planlaşdırılır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər