Azərbaycanda idman mərc oyunlarında "qara bazar"ın payı nə qədərdir?

17.12.2021,15:51


17 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Milli Məclisin qtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin bu gün birgə iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, birgə iclasda iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf uzun müddət idi ki, Azərbaycanda lotereyalarla bağlı qanunvericiliyə dəyişiklik edilmədiyini qeyd edib.

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklərin məqsədlərindən biri bu sahədə "qara bazar"ın həcmini azaltmaqdır. Nazir müavini bildirib ki, Azərbaycanda idman mərc oyunlarında 700 milyon manatlıq "qara bazar" var".