Minimum əmək haqqı gələn ildən bu qədər olacaq - Sərəncam

16:13 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.

 

Bütün xəbərlər