Azərbaycanın istehsalı olan dronlar sınaqdan keçirilib

17:34 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı  “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib.

AMEA Yüksək Texnologiyalar Parkından ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.

Belə ki, AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçib.

 

Bütün xəbərlər