Bakıdakı ağacların mühafizəsi üçün ekspertlər dəvət ediləcək - Qərar

15:02 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun sədrliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.

İcra Hakimiyyətindən ABC.AZ-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.

Qeyd olunub ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir.

Müşavirədə qərara alınıb ki, Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspert dəvət edilsin.

 


Bütün xəbərlər