İstanbul-İrəvan aviareysi nə vaxt fəaliyyətə başlayır?

15:27 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. İstanbul-İrəvan aviareysinin fəaliyyətə başlayacağı tarix açıqlanıb.

ABC.AZ Report-a xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, sözügedən aviareys yaxın günlərdə işə başlayacaq.

Nazir qeyd edib ki, bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub.

"Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

 

Bütün xəbərlər