Azərbaycanda 8 şirkət birləşib - Detallar

16:05 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. 8 şirkət “PMD GROUP” MMC-yə birləşib.

ABC.AZ xəbər verir ki, bu barədə “PMD GROUP”un elan verib. Qeyd edilib ki, “LENKERAN HOTEL AND RESORT COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “YENİ ÇİNAR HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “YENİ NAFTALAN HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “AZBİZNESSERVİS ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “BEER ART ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “EXCELSİOR HOTEL ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “YENİ QALAALTI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “YENİ ŞAMAXI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulublar.

Qoşulmalar nəticəsində “PMD GROUP” yenidən təşkil edildiyini elan edib.

 

Bütün xəbərlər