Davos Forumu təxirə salındı - Omikron səbəbindən

16:44 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Omikron ştamı sürətlə yayılmağa balşayıb. Artıq bir sıra Avropa ölkələrində də ştama yoluxma halları qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, hətta ştamın yayılması səbəbindən gələn il keçirilməsi planlaşdırlan Davos İqtisadi Forumu təxirə salınıb. Bu barədə Davos Forumunun rəsmi saytında qeyd edilib.

Qeyd edək ki, illik Toplantı 17-21 yanvar 2022-ci il tarixində İsveçrənin Davos-Klosters şəhərində keçirilməli idi.

Lakin Forumun keçirilməsi yayın əvvələrinə qədər təxirə salınıb. Buna baxmayaraq iştirakçılar onlayn qayda da “Dünyanın durumu” sessiyalarına qoşulacaqlar.

Bütün xəbərlər