Permdə Azərbaycan məhsullarının saxlanılacağı mərkəz yaradılacaq

11:49 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Rusiyanın Perm diyarı rəhbərliyi dəmir yolu ilə Azərbaycandan meyvə və tərəvəzin birbaşa sürətli çatdırılmasını təşkil etməyi qərara alıb.

ABC.AZ xəbər verir ki, bu barədə  “Kommersant” bildirir. Nüfuzlu qəzet yazır ki, Permdə bu malların saxlanılacağı logistika mərkəzinin tikilməsi də nəzərdə tutulub.

"Onun yeri və layihə üçün potensial investorlar hələ müəyyən edilməyib. Mütəxəssislər mərkəzin tikintisinə yatırılan investisiyaların həcmini qiymətləndirməkdə çətinlik çəkir. Bunun nəzərdə tutulan tədarük həcmindən asılı olacağını izah edirlər. Bu səbəbdən də sözügedən layihənin həyata keçirilməsi biraz yubana bilər. Bunları nəzərə alan Perm rəhbərliyi layihəni tez zamanda həyata keçirmək üçün bütün resurslardan istifadə etməyi düşünür", - deyə məlumatda qeyd edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər