Gəncədə yeni zavodun açılışı olub

15:17 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Gəncə şəhərində "Zəfəroğlu Elektrik" MMC zavodunun açılış mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, açılış mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Savado, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idrə heyətinin sədri Azər Əkbərov, KİV nümayəndələri, çoxsaylı iş adamları və qonaqlar iştirak edib. 

Zavodda “Zəfər İşığı” brendi altında müxtəlif ölçülərdə led lampaları istehsal edilir, gələcəkdə istehsalın genişləndirilməsi və məhsul çeşidinin artırılması nəzərdə tutulur.

 

Bütün xəbərlər