Avropada enerji böhranı - Detallar

11:01 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Avropa İttifaqı tarixinin ən pis enerji böhranına doğru gedir.

ABC.AZ xəbər verir ki, Fransa və Almaniyada elektrik enerjisi qiymətləri ilk dəfə olaraq min kubmetr üçün 2000 dolları ötmüş qaz qiymətlərindən sonra tarixi rekordları yeniləyib.

Gün ərzində 22% və dekabrın əvvəlindən bu yana 89% yüksələn təbii qazın yanvar qaz fyuçersləri, Qazprom Yamal-Avropa boru kəməri ilə nəqlini dayandırdıqdan sonra ICE birjasında 2100 dollara yüksəlib.

Yaxınlaşan soyuq hava və yeraltı anbarlarda aşağı ehtiyatlar qiymətlərin rekordlar qırmasına səbəb olur.

 

Bütün xəbərlər