Bu ölkədə yeni ildə 10 gün iş olmayacaq

14:10 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Gürcüstanda yanvarın 1-dən 10-dək qeyri-iş günü elan edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.

Şuradan bildirilib ki, qərar dövlət müəssisələrinə şamil edilir, özəl müəssisələr məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.

 

Bütün xəbərlər