Arazdəyən-Horadiz dəmir yolu bu formada açılacaq

14:58 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Üçtərəfli İşçi Qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.

ABC.AZ xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan söyləyib.

Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub:

“Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm”.

Bütün xəbərlər