“QAZ" və “Azərmaş” Azərbaycanda az tonlu avtomobillər yığacaq

15:07 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Qorki Avtomobil Zavodu (QAZ) və “Azərmaş” ASC əməkdaşlıq haqqında memorandum imzaladılar.

Memorandum Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşü çərçivəsində imzalanmışdır.

Memorandum Hacıqabul Sənaye Parkının ərazisində QAZ markalı az tonlu avtomobillərin birgə istehsalının başlanmasını nəzərdə tutur.

 

 

Bütün xəbərlər