Azad olunmuş 5 rayon elektrik enerjisi ilə təmin edilib

16:10 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib.

ABC.AZ-ın məlumatına görə, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Forumda çıxışı zamanı deyib ki, işğaldan öncə Qarabağ bölgəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub.

O qeyd edib ki, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə yeksən edib.

"Artıq rəhbərlik etdiyi qurum azad edilmiş ərazilərdə müəyyən işlər görüb. Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MV/A gücündə yeni rəqəmsal yarımstansiyalar tikib, 400 km-dan artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edib" deyə R. Babayev bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər