Bu şəhərdə dövlət qulluqçularının maaşı 900 manatdır

17:36 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Gəncədə dövlət orqanlarında çalışanların (Dövlət qulluqçularının) sayı və orta aylıq əməkhaqqı açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, Azərbaycan ikinci böyük şəhəri olan Gəncədə 23 müəssisə dövlət qulluğu statusuna malikdir.

Bu təşkilatlarda ümumilikdə 377 nəfər çalışır ki, onlardan 313 nəfəri dövlət qulluğunun inzibati vəzifələri üzrə, 64 nəfəri isə yardımçı vəzifələr üzrə çalışanlardır.2020-ci il üzrə dövlət qulluğunda çalışanların orta aylıq nominal əməkhaqqı şəhər üzrə 910,8 manat, ondan 3-ü təsnifat üzrə 2427,8 manat, dördüncü təsnifat üzrə 3419,2 manat, 5-ci təsnifat üzrə 1193,9 manat, 6-cı təsnifat üzrə 1510,5 manat və 7-ci təsnifat üzrə 897,1 manat təşkil edib.

 

Bütün xəbərlər