Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

09:59 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Söhbət zamanı ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.

 

Bütün xəbərlər