Leyla Abdullayeva: Qarabağ bölgəsindəki adların erməni dilində göstərilməsi məsələsi “Google” şirkəti qarşısında qaldırılıb

11:15 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsindəki adların rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb.

ABC.AZ xəbər verir ki,  bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

 

Bütün xəbərlər