Cari ildə sığorta bazarı böyüyüb

11:57 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Cari ilin on bir ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 767,914 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çoxdur.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429,849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,6 manat olub.

 

Bütün xəbərlər