Bakıda əhaliyə göstərilən ödənişli xidmətlər 5,6% artıb

12:24 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Cari ilin  11  ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 016.8 mln. manat olub. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artım deməkdir.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, xidmətlərin ümumi dəyərinin 72.3%-ini hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlər tutub.  Belə ki, hüquqi şəxslər əhaliyə 2 905.9 mln. manat dəyərində xidmət göstərib.

 

 

Bütün xəbərlər