Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

12:31 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20.7% artaraq 574.2 mln. manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 421 mln. manat olub. Bu da ümumi dövriyyənin 73.3%-ini təşkil edir.

Qeyd olunur ki, pandemiyanın başladığı mart ayından etibarən ölkədə ilk dəfə bu ilin iyul ayında dövriyyədə artım qeydə alınmışdı. Təkcə cari ilin oktyabr-noyabr aylarında ictimai iaşə dövriyyəsində 45.6% və ya 180.8 mln. manat artım müşahidə olunub.

 

Bütün xəbərlər