Ötən ay ölkəyə ən çox gətirilmiş avtomobillər - Siyahı

14:15 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 8824 ədəd, dəyəri isə 90 milyon 997 min ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, ötən ay ölkəyə gətirilən avtomobillərin 27-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 8324-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 453-ü yük daşımaq üçün, 20-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Bütün xəbərlər