Banklar 11 ayda depozitlər üzrə bu qədər faiz ödəyib

14:53 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Azərbaycandakı banklar 2021-ci ilin 11 ayı ərzində cəlb etdikləri depozitlər üzrə ödənilən faizlərin miqdarını açıqlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə banklar əmanətlər üzrə 329,2 milyon manatlıq faiz ödəyiblər.

Belə ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 milyon manat və ya 15,2% artıb. 2020-cu ilin 11 ayında banklar 285,7 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manatlıq, 2020-ci il ərzində isə 312,9 milyon manatlıq faiz ödənişi həyata keçirmişdilər.

 

Bütün xəbərlər