Dövlət Komitəsi 2 yeni mobiltətbiqetməni təqdim etdi - Foto

15:12 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin "e.customs.gov.az" portalı və "Smart Customs" mobil tətbiqinin yeni versiyalarının təqdimatı keçirilib.

ABC.AZ xəbər verir ki, media nümayəndələri üçün keçirilən tədbirdə bildirilib ki, "e.customs.gov.az" portalı, "Smart Customs" mobil tətbiqi və "Ticarət Statistikası Portalı" da gömrük orqanları tərəfindən hazırlanan növbəti elektron xidmət layihələridir.

Qeyd olunub ki, Komitə tərəfindən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə bu ildən elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləşdiyi "e.customs.gov.az" portalı istifadəyə verilib.

Hazırda portal üzərindən xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərin istifadəsi üçün 13 elektron xidmət təqdim edilir. Yaxın gələcəkdə portal üzərindən göstərilən elektron xidmətlərin sayının 30-a qədər artırılması planlaşdırılır.

Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.


Bütün xəbərlər