On bir ayda gömrükçülər dövlət büdcəsinə 3,938 milyard manat köçürüb

15:23 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar 3,938 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,82 faiz artım deməksir.

ABC.AZ xəbər verir ki, bu barədə DGK-nin hesabatında bildirilir.

Eyni zamanda, hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 1,084 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,78 faiz çoxdur.

Hesabat dövründə DGK dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,19 faiz yerinə yetirib. Bu müddət ərzində dövlət büdcəsinə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb.

 

Bütün xəbərlər