Azərbaycan xaricə uşaq bezi ixrac etməyə başlayıb

15:37 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Azərbaycan Sənaye Korporasiyasının birgə fəaliyyəti ilə dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış “Rafa Group” MMC-nin müəssisəsində uşaq bezi və kağız məhsulları istehsal olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ildə fəaliyyətə başlamış müəssisədə uşaq bezi, salfetlər və digər kağız məhsulları istehsal olunur.

Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin edilib.

 


Bütün xəbərlər