İranla Azərbaycanım ticarət dövriyyəsi artıb ya azalıb? - Hesabat

15:48 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycanla İranın ticarət dövriyyəsi 390 milyon 466 min ABŞ dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu da 2020-ci ilin analoji dövrünə nisbətdə 28,9% artıb.

Hesabat dövründə Azərbaycandan İrana ixracın həcmi 39 milyon 172 min dollar, idxal isə 351 milyon 295 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,6%, idxal isə 32% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 312 milyon 123 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 36,1% çoxdur.

 

Bütün xəbərlər