Prezident gələn ilin büdcəsini təsdiqlədi

16:10 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Prezident  İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının  qanunu imzalayıb.

ABC.AZ xəbər verir ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 milyard 868 milyon 444 min manat, yerli gəlirləri 947 milyon 556 min manat, mərkəzləşdirilmiş xərcləri 28 milyard 893 milyon 988 min manat, yerli xərcləri 985 milyon 12 min manat) məbləğində təsdiq edilib.

 

Bütün xəbərlər