Daxili Qoşunların mülki işçilərinin də maaşı artırıldı - Fərman

16:35 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Bütün xəbərlər