Huawei ilk ekektrikli avtomobilini təqdim etdi - Foto

15:24 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Elektrikli avtomobil rəqabətinə daxil olan texnologiya şirkətlərindən biri olan Huawei ilk modelini təqdim edib.

ABC.AZ-ın məlumatına görə, HarmonyOS əməliyyat sistemilə işləyəcək Aito M5 modelinin tədarüklərinə 2022-ci ilin fevralında başlanması planlaşdırılır.

Qeyd olunub ki, avtomobilin qiymətləri 39 min dollardan başlayır.

"Aito M5 elektromobilinin Huawei-nin Harmony OS əməliyyat sistemindən istifadə edən ilk avtomobil olacaq və avtomobil həm elektrik enerjisi, həm də mineral yanacaqla işləyəcək" deyə təqdimatda bildirilib.

Müəllif: Elmir Murad


Bütün xəbərlər